Çantasında ABŞ-a 7 meymun keçirmək istədi

Çantasında ABŞ-a 7 meymun keçirmək istədi
  07 Avqust 2023    Oxunub:1190
ABŞ sərhədçiləri Meksikadan ölkəyə qaçaqmalçılıq yolu ilə heyvan keçirməyə cəhd edən şəxsi yaxalayıblar.
BBC-nin yaydığı məlumata görə, həmin şəxsin çantasından yeddi hörümçək meymun aşkarlanıb.

Beynəlxalq Təbiəti və Təbii Sərvətləri Mühafizə İttifaqının məlumatına görə, Mərkəzi və Cənubi Amerikada yaşayan bu hörümçək meymunlar nəsli kəsilməkdə olan heyvan hesab olunurlar.

Meymunlar ABŞ Balıq və Vəhşi Təbiət Xidmətinə təhvil verilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Meymun   ABŞ  





Xəbər lenti