Hindistan qızıl ehtiyatlarına görə Rusiyanı qabaqladı

   Hindistan qızıl ehtiyatlarına görə Rusiyanı qabaqladı
  07 Avqust 2023    Oxunub:1190
Rusiya qızıl-valyuta ehtiyatlarına görə dünyada beşinci yerə düşüb.
Bu barədə RİA Novosti milli mərkəzi bankların məlumatlarına istinadən xəbər verib. Agentliyin məlumatına görə, may ayında Rusiyanın qızıl-valyuta ehtiyatları 11,6 milyard dollar azalaraq 584,2 milyard dollar olub.

Beləliklə, Rusiya ən böyük beynəlxalq aktivlərə malik iqtisadiyyatlar arasında dördüncü yeri Hindistana uduzub. Çin 3,371 trilyon dollar ehtiyatla birinci yerdə qalır. İkinci yerdə 1,254 trilyon dollarla Yaponiya, üçüncü yerdə 886 milyard dollarla İsveçrə qərarlaşıb.

Qeyd olunub ki, reytinqdə ABŞ 12-ci yerdədir, İtaliya, Fransa və Tailand isə növbəti yerləri bölüşür.


AzVision.az


Teqlər:





Xəbər lenti