Zukerberq Maskla döyüşün tarixini müəyyənləşdirdi

   Zukerberq Maskla döyüşün tarixini müəyyənləşdirdi
  07 Avqust 2023    Oxunub:1152
Meta korporasiyasının rəhbəri (Rusiya Federasiyasında ekstremist kimi tanınır) Mark Zukerberq bazar günü X sosial şəbəkəsinin (keçmiş Twitter) sahibi İlon Maskla duelə hazır olduğunu bildirib və rəqibinə döyüş tarixi olaraq 26 avqustu təklif edib.
Zukerberq "Threads" sosial şəbəkəsində (Meta-ya məxsus) yazıb: "Mən elə bu gün hazıram. Mənə meydan oxuyanda ona avqustun 26-na bir tarix təklif etdim, lakin ondan heç bir təsdiq gəlmədi", - o, Maskın X sosial şəbəkəsindəki döyüşə fəal hazırlaşdığını yazdığı paylaşımını şərh edərkən deyib.

Zukerberq əlavə edib ki, döyüşün onun təklif etdiyi tarixdə baş tutacağına şübhə ilə yanaşır.

Öz növbəsində, Mask qeyd edib ki, Zukerberqdən dözümlülükdə daha zəifdir:

"Mübarizə qısa olarsa qalib gələrəm. Əgər davam etsə, o, dözümlülük sayəsində qalib gələ bilər. Mən daha böyükəm, ona görə də qarışıq döyüşlərdə çəki dərəcələri var", - Mask sosial şəbəkədə yazıb və çəkisinin təxminən 136 kq olduğunu əlavə edib. Amerika mətbuatının məlumatına görə, Maskın boyu 185 sm, Zukerberqin çəkisi isə 70 kq, boyu 173 sm-dir.

İyunun 22-də Zukerberq Maskın dueldə hər şeyi həll etmək çağırışını qəbul edib. O, şəbəkədə şirkətin X-ə rəqib olan "Threads" tətbiqini işə salmaq niyyəti barədə məlumatı paylaşandan sonra Meta rəhbərini duelə çağırıb. Hər iki iş adamı Las-Veqasdakı arenada döyüşməyə razılaşıb. "Tesla" və "SpaceX" şirkətlərinin sahibinin anası Mey Mask daha sonra oğlunun Zukerberqlə döyüşünü ləğv etdiyini açıqlayıb. Lakin "Ultimate Fighting Championship"in prezidenti Dana Uayt döyüşün baş tutacağına və tarixdə ən çox baxılan döyüşə çevriləcəyinə inanır.

AzVision.az


Teqlər:





Xəbər lenti