Hesablama Palatası BNA ilə bağlı Baş Prokurorluğa müraciət edəcək

Hesablama Palatası BNA ilə bağlı    Baş Prokurorluğa müraciət edəcək
  05 Avqust 2023    Oxunub:1619
Hesablama Palatasında, qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilmiş növbəti Kollegiya iclasında 2023-cü il İş planı üzrə Bakı Nəqliyyat Agentliyi və tabeliyində olan qurumlar üzrə dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının auditinin nəticələri barədə Auditor hesabatı müzakirə edilib.
AzVision.az bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması nəzərə alınaraq auditin nəticələrinə dair müvafiq materialların "Hesablama Palatası haqqında" qanunun 26.2-ci maddəsinə əsasən Baş Prokurorluğa göndərilməsi qərara alınıb.

Daha sonra iclasda 2023-cü ilin İş Planında nəzərdə tutulmuş auditlərlə bağlı proqramlar müzakirə olunaraq təsdiq edilib, həmçinin funksional fəaliyyətlə bağlı gündəlikdə dayanan cari məsələlərə baxılıb.
AzVision.az



Teqlər: BNA  





Xəbər lenti