Okean suyunun istiliyi rekord həddə çatıb
Bəs bunun hansı nəticələri ola bilər?
Okeanlar həyati iqlim tənzimləyicisidir. Onlar istiliyi udur, Yerdəki oksigenin yarısını istehsal edir və hava şəraitini idarə edir.
İsti suların karbon qazını udmaq qabiliyyəti daha azdır, bu da planeti istiləşdirən qazın daha çoxunun atmosferdə qalması deməkdir. O, həmçinin okeana axan buzlaqların əriməsini sürətləndirərək dəniz səviyyəsinin daha da qalxmasına səbəb ola bilər.
Daha isti okeanlar və istilik dalğaları soyuq su axtarışında hərəkət edən balıq və balinalar kimi dəniz canlılarını narahat edərək qida zəncirini pozur. Mütəxəssislər bunun balıq ehtiyatlarına təsir edə biləcəyi barədə xəbərdarlıq edirlər. Köpəkbalıqları daxil olmaqla bəzi yırtıcılar isti sularda daha da aqressivləşə bilər.
Alimlər hazırda okeanların niyə bu qədər isti olduğunu araşdırırlar. İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) məlumatına görə, dənizlərdə istilik dalğalarının tezliyi 1982-2016-cı illər arasında iki dəfə artıb və 1980-ci illərdən bəri daha intensiv və uzun olub.
Aytən Zəhra
AzVision.az
Teqlər: