Braziliya Prezidenti dollardan imtinaya çağırdı

   Braziliya Prezidenti dollardan imtinaya çağırdı
  03 Avqust 2023    Oxunub:1067
Braziliya Prezidenti Luis İnasiu Lula da Silva beynəlxalq ticarətdə dollardan imtina etməyə və BRİKS üzvləri (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) arasında hesablaşmalar da daxil olmaqla, ABŞ valyutasına alternativ yaradılmasına çağırıb.
Luis İnasiu Lula da Silva deyib: "Hamı bilir ki, mən ölkələrimiz arasında ticarət üçün öz valyutamızın yaradılmasının tərəfdarıyam. Əgər bunu öz valyutamızda eləmək mümkündürsə, nə üçün Argentina və ya Çinlə ticarətdə dollardan istifadə etməliyik. Bəşəriyyətin, demək olar ki, yarısının yaşadığı ölkələr nə üçün bu məsələni öz aralarında müzakirə edə bilməz?”.

AzVision.az


Teqlər:





Xəbər lenti