Ağdam Sənaye Parkının rezidentlərinin sayı 19-a çatıb

Ağdam Sənaye Parkının rezidentlərinin sayı 19-a çatıb
  02 Avqust 2023    Oxunub:1069
"AS İstehsal" MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib və bununla da, Parkın rezidentlərinin sayı 19-a çatıb.
AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında bildirib.

"Şirkət Parkın ərazisində investisiya dəyəri 5,4 milyon manat olacaq inşaat materialları istehsalı kompleksi yaradacaq və 95 nəfəri işlə təmin edəcək", - deyə o qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti