Azərbaycan-İsrail birgə komissiyasının tərkibi dəyişdi

   Azərbaycan-İsrail birgə komissiyasının tərkibi dəyişdi
  01 Avqust 2023    Oxunub:932
Azərbaycan-İsrail birgə komissiyasının tərkibində dəyişiklik edilib.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 2999 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla komissiyanın tərkibinə Azərbaycan tərəfindən Dövlət Ehtiyatları Agentliyi İdarə Heyətinin sədri daxil edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti