Surət Hüseynov vəfat edib

   Surət Hüseynov vəfat edib
  31 İyul 2023    Oxunub:1039
Sabiq Baş nazir Surət Hüseynov İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib.
Əldə olunan məlumata əsasən, uzun sürən xəstəlikdən sonra mərhumun mədəsində deşilmə yaranıb və bu səbəbdən başlayan qanaxma nəticəsində o həyatını itirib.

Qeyd edək ki, bu gün günorta saatlarında Surət Hüseynovun ölüm xəbəri yayılmışdı. Onun Moskvadan İstanbula uçan təyyarənin eniş etdiyi zaman ürəktutmadan vəfat etdiyi deyilsə də, komaya düşdüyü, özəl xəstəxanalardan birinə yerləşdirildiyi məlum olmuşdu.(APA)

AzVision.az


Teqlər:





Xəbər lenti