Arvadını öldürən kişinin cinayət işi məhkəməyə göndərildi

 Arvadını öldürən kişinin cinayət işi məhkəməyə göndərildi
  31 İyul 2023    Oxunub:1115
Masallıda arvadını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Masallı rayon prokurorluğu məlumat yayıb. Xəbər verildiyi kimi 1975-ci il təvəllüdlü Sədaqət Səfərovanın qəsdən öldürülməsi faktı ilə bağlı Masallı rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

İstintaqla Gülağa Bəndəliyevin arvadı Sədaqət Səfərovanı Masallı rayonu, Təzə Alvadı kəndində sonuncunun işlədiyi ərzaq mağazasının qarşısında bıçaqla bədəninin müxtəlif nayihələrinə zərbələr vuraraq xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Gülağa Bəndəliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adamı öldürmə) maddəsilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər məhkəməsinə göndərilib.

AzVision.az


Teqlər:





Xəbər lenti