Məşhur yazıçı vəfat edib

Məşhur yazıçı vəfat edib
  29 İyul 2023    Oxunub:1636
Almaniyanın məşhur yazıçısı Martin Valser 97 yaşında vəfat edib.
O, Almaniya nəsrinin İknici Dünya Müharibəsindən sonrakı dövrünün ən tanınmış nümayəndələrindən olub.

“Filipsburqda evliliklər”, “Qaçan at”, “Uşaq oyunu” onun nüfuzlu əsərləri sırasındadır.

Qeyd edək ki, Almaniya kansleri Olaf Şolts və ölkə Prezidenti Frank-Valter Ştaynmayer yazıçının vəfatı ilə bağlı başsağlığı veriblər.

AzVision.az



Teqlər: Yazıçı  





Xəbər lenti