"Gitaranı çaldın, yenə gəldin! " - Efirdə dava düşdü + VİDEO

   "Gitaranı çaldın, yenə gəldin! " -    Efirdə dava düşdü + VİDEO
  28 İyul 2023    Oxunub:1227
"Xəzər TV"də yayımlanan "Təsir dairəsi" verilişində gərgin anlar yaşanıb.
AzVision.az xəbər verir ki, proqrama yardım üçün gələn Məmmədağa adlı şəxslə gitara ifaçısı Rəhman Məmmədli arasında mübahisə düşüb. Belə ki, musiqiçinin şikayətçiyə "Bu insan ailədə böyüklüyü bacarmır" deməsi qarşı tərəfi özündən çıxarıb. Məmmədağa "Gitaranı çaldın, yenə gəldin! Sakit otur yerində. Haqsız yerə üzümə durursan. Haqsızsan! Bütün kanalları gəzirsən. Ağıllı ol. Bacımın mənə vurduğu yara sənin də başına gəlsə, sən də mənim kimi addım atarsan. Otur yerində" deyə, musiqiçini tənqid edib.

R.Məmmədli "Dünya sənin kimilərinə görə dağılacaq. Bu günə kimi yüzdən çox verilişlərdə iştirak etmişəm. Tək bir mənfi qəhrəmansan ki, heç kim səni burada müdafiə etmir. Hamı sənə nifrət edir. Yekə kişisən, ayıbdır. Sən bacının səhvini tanımırsan. Sənə bacı vuran yaranı niyə milyonların gözü önünə çıxarırsan? Get, o problemini evində həll et. Özünə böyük deyirsən" sözləri ilə qarşı tərəfə cavab verib.



AzVision.az


Teqlər: Rəşad  





Xəbər lenti