Beyonsun anası ərindən boşandı

   Beyonsun anası ərindən boşandı
  27 İyul 2023    Oxunub:1159
Amerikalı müğənni Beyonsun anası, modelyer Tina Noulz səkkiz illik evliliyindən sonra ikinci əri, aktyor Riçard Lousonla boşanır. Bu barədə Page Six məlumat yayıb.
Jurnalistlərin əldə etdiyi məhkəmə sənədlərinə əsasən, 69 yaşlı Tina Noulz iyulun 26-da 76 yaşlı Riçard Lousondan boşanmaq üçün ərizə verib. Modelyer ayrılığa səbəb kimi "barışılmaz fikir ayrılıqlarını" göstərib. Cütlüyün uşağı olmadığı üçün keçmiş sevgililərin bir-birlərinə qarşı heç bir maddi iddiası yoxdur.

Tina Noulz və Riçard Louson 2015-ci ildə evləniblər. Bundan əvvəl modelyer Beyonsenin atası Metyu Noulzla 31 il evli olub. Metyu Noulzun 2010-cu ildə aktrisa Aleksandra Uaytdan oğlu olandan sonra müğənninin valideynləri boşanıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Beyons  





Xəbər lenti