Qaxda itən şəxsin axtarışları davam etdirilir

Qaxda itən şəxsin axtarışları davam etdirilir
  27 İyul 2023    Oxunub:1081
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qax rayonunun Sarıbaş kəndində istiqamətində dağlıq-meşəlik ərazidə Qax rayon İlisu kənd sakini 1993-cü il təvəllüdlü Kamallı Rəhman Sədrəddin oğlunun itkin düşməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, bununla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub.

Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Qeyd olunub ki, məsələ ilə bağlı əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti