- Axı “Qarabağ Azərbaycandır” dediniz. Elədirmi? Bunu hamı təsdiq edir? Hamı təsdiq edir. Kimsə bunun belə olmadığını deyirmi? Yox. Onda niyə yüklər başqa ölkədən gətirilməlidir? Bu, məntiqə sığmır.
İlham Əliyev onu da bildirmişdi ki, Xankəndidəki qondarma “rəhbərlik” bu jesti qəbul etmək əvəzinə, Ağdam-Əsgəran yolunda beton plitələr qoyub. “Kim-kimi bloklayır?”,- deyə prezident tamamilə haqlı olaraq soruşmuşdu.
Dövlət başçısının sözlərinə görə, indi hər şey Qarabağın erməni sakinlərinin bu yanlışlardan, onları girov götürən, qul kimi istismar edən xuntadan nə vaxt qurtula biləcəyindən asılıdır.
Karikatura: Nur Ay
Mətn: Tariyel Həsənov
AzVision.az