Restoranda gəncin ölməsi ilə bağlı cinayət işi başlandı

Restoranda gəncin ölməsi ilə bağlı cinayət işi başlandı
  26 İyul 2023    Oxunub:1039
İyulun 26-da, saat 12 radələrində paytaxtın Səbail rayonunun Bibiheybət qəsəbəsində yerləşən restoranların birində işləyən 2002-ci il təvəllüdlü Azər Ömərovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat Xidmtəindən məlumat verilib. İlkin araşdırma zamanı 2002-ci təvəllüdlü Rüfət Əkbərlinin iş yoldaşı Azər Ömərovu itələyərək yıxması, nəticədə sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti