Bakıda 21 yaşlı oğlan qətlə yetirilib

Bakıda 21 yaşlı oğlan qətlə yetirilib
  26 İyul 2023    Oxunub:931
İyulun 26-də saat 12 radələrində Səbail rayonu Bibiheybət qəsəbəsində restoranların birində işləyən 2002-ci il təvəllüdlü Ömərov Azər Aslan oğlunun aldığı xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, ilkin məlumata görə cinayət hadisəsi onun iş yoldaşı 2002-ci il təvəllüdlü Əkbərli Rüfət Əsgər oğlu ilə şəxsi münasibətlər zəminində baş verib.

R.Əkbərli polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.
AzVision.az


Teqlər:





Xəbər lenti