"İqtisadiyyatda 4-5 faiz artım proqnozlaşdırılır" - Mərkəzi Bank sədri

   "İqtisadiyyatda 4-5 faiz artım proqnozlaşdırılır" -    Mərkəzi Bank sədri
  26 İyul 2023    Oxunub:901
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə ümumi daxili məhsulun (ÜDM) 2025-ci ilədək 4-5 faiz səviyyəsində artacağını proqnozlaşdırır.
AzVision.az çərşənbə günü xəbər verir ki, bunu Mərkəzi Bankın idarə heyətinin sədri Taleh Kazımov uçot dərəcəsi parametrlərində dəyişikliklərə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu müddətə qədər qeyri-neft sektorunda artım 5-6 faiz səviyyəsində gözlənilir.

"Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, həmçinin davamlı olaraq artan digər makroiqtisadi göstəricilər bu cür proqnozlar verməyimizə imkan yaradır" - deyə o vurğulayıb.

Qeyd edək ki, Dünya Bankı 2023-cü il üçün Azərbaycanda ÜDM artımını 2,8% səviyyəsində, 2024-cü il üçün isə 2,6% səviyyəsində proqnozlaşdırır. Azərbaycanda 2023-cü il üzrə nominal ÜDM 111,6 milyard manat olaraq qiymətləndirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti