"İllik inflyasiya tempi azalıb" - Mərkəzi Bank

 "İllik inflyasiya tempi azalıb" -  Mərkəzi Bank
  26 İyul 2023    Oxunub:1085
Pul siyasətinə həsr edilmiş ötən iclasdan bəri illik inflyasiya tempi azalmaqda davam davam edib. İyun ayında əvvəlki aya nəzərən 0.9%-lik deflyasiya qeydə alınıb. İllik inflyasiya iyunda 10.6% təşkil edib ki, bu da ötən ilin sentyabr ayında qeydə alınmış son illərin pik səviyyəsi ilə müqayisədə 5 faiz bəndi aşağıdır. İllik ərzaq inflyasiyası 11.5%-ə enib.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı bəyan edib.

"İllik inflyasiya həm xarici, həm də daxili amillərdən təsirlənərək azalıb. Tərəfdaş ölkələrdə inflyasiyanın azalması, dünya əmtəə bazarlarında qiymətlərin enməsi, beynəlxalq yükdaşıma xərclərinin pandemiyadan əvvəlki səviyyələrə qayıtması inflyasiyaya azaldıcı təsir edib.

İnflyasiya tempində müşahidə olunan azalmaya baxmayaraq xarici mühitin yüksək dəyişkənliyi, məcmu tələbin izafi genişlənməsi riski inflyasiyaya artırıcı təsir edən amillər kimi qiymətləndirilə bilər. Davam edən geosiyasi münaqişə zəminində beynəlxalq logistika zəncirinin pozulması, bir sıra ölkələrdə inflyasiyanın uzun müddət hədəf səviyyələrindən yuxarıda qalması gözləntiləri müxtəlif kanallarla inflyasiya proseslərinə təsir potensialını saxlayır.

Ümumilikdə inflyasiyanı azaldan amillərin güclənməsi ilin sonuna və 2024-cü ilə illik inflyasiyanın hədəfə yaxınlaşması ehtimalını artırır".

AzVision.az


Teqlər:





Xəbər lenti