Bu il 25 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib

Bu il 25 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib
  25 İyul 2023    Oxunub:852
Geniş Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlər və statistik göstəricilər barədə məlumat verib.
Qeyd edilib ki, 2023-cü ilin birinci yarımili ərzində aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 25 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilmişdir ki, onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilib, 7 nəfər vəzifədən azad edilib, 17 nəfər barəsində digər intizam tənbeh tədbirləri görülüb.

Vurğulanıb ki, intizam məsuliyyətinə cəlb edilmiş prokurorluq əməkdaşları barəsində toplanmış xidməti yoxlama materiallarının 14-ü Baş Prokurorluğun İntizam Komissiyasında, 6-ı isə Etik Davranış Komissiyasında baxılıb.

Əlavə olaraq bildirilib ki, 2023-cü ilin birinci yarımili ərzində 222 prokurorluq işçisi həvəsləndirilib, 6 prokurorluq işçisinə isə vaxtında əvvəl rütbə verilib.


AzVision.az


Teqlər:





Xəbər lenti