Zaqatalada itkin düşmüş şəxslər tapılaraq xilas edilib

    Zaqatalada itkin düşmüş şəxslər tapılaraq xilas edilib
  24 İyul 2023    Oxunub:1177
Zaqatala rayonunda dağlıq-meşəlik ərazidə yolu azan və köməksiz vəziyyətdə qalan iki nəfər təxliyə olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AzVision.az -a bildirilib ki, səyahət məqsədilə ötən gün Zaqatalaya gələn turistəri çətin relyefli dağlıq ərazidən Rayon Polis Şöbəsinin, eləcə də digər aidiyyəti qurumların əməkdaşları təxliyə ediblər.

Onlar polis əməkdaşlarının da iştirakı ilə xəstəxanaya aparılıblar və tibbi müayinədən keçiriləcəklər.

AzVision.az


Teqlər:





Xəbər lenti