Qan şəkəri ilə yuxu arasında əlaqə aşkarlanıb
Tədqiqatda 600 nəfər iştirak edib. Alimlər yuxunun müxtəlif dövrlərində beyin dalğalarının fəaliyyəti haqqında məlumat toplayıblar, ertəsi gün müəlliflər şəkərin səviyyəsini müəyyən etmək üçün qan testi aparıblar.
Məlum olub ki, dərin yuxu zamanı yaranan güclü beyin dalğaları parasimpatik sinir sisteminin aktivləşməsinə gətirib çıxarır ki, bu da stress səviyyəsini azaldır. Bu, bədənin insulinə həssaslığına təsir göstərir, bu da qandan qlükozanın udulmasına kömək edir, qanda şəkərin artmasının qarşısını alır.
AzVision.az
Teqlər: