"Dil tamaşası" - Elzadan AYB-yə üzvülükdən sonra ilk şeir

  "Dil tamaşası"  - Elzadan AYB-yə üzvülükdən sonra ilk şeir
  24 İyul 2023    Oxunub:2155
Əməkdar artist Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinin üzvü olduqdan sonra ilk şeirini yazıb. Bu barədə saytımıza bəstəkar özü məlumat verib və bildirib ki, “Dil tamaşası” adlanan şeiri aparıcı Lalə Azərtaşa cavabıdır.
“Lalə Azərtaş məni verilişinə dəvət edib belə bir söz dedi:” Elza xanım, bəlkə, siz bizim dilimizi tuta bilmirsiniz? Mən də dedim ki, Elza Seyidcahan çoxdan sizin dilinizi dartıb çıxarıb tullayıb yerə. İndi ona görə ağzınıza gələni danışırsınız ki, diliniz başsız qalıb. Başsız dil də nə gəldi danışar da. Hələ sizi çox danışdıracağam.

Mənim yazdığıma ilişən meyxanaçı Vüqar Əbdülova da bir neçə sözüm var:” Danışanda ədəbi dildən istifadə edin, kənardan baxanda bilinsin ki, söz xiridarı olmusunuz və yaxud olacaqsınız.

“Bizim cəbiş müəllim” filmində belə bir ifadə işlədirlər:”Acından belə edirlər e”. İndi məndən danışanlar da paxıllıqdan belə edirlər”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: ElzaSeyidcahan   bəstəkar   Yazıçı  





Xəbər lenti