Bakıda 24 məzun qızıl və gümüş nişana layiq görülüb

   Bakıda 24 məzun qızıl və gümüş nişana layiq görülüb
  24 İyul 2023    Oxunub:1547
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 18-i qızıl, 6-sı gümüş nişana layiq görülüb.
Bu barədə AzVision.az -a idarədən məlumat verilib.

Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhəri 85, 156, 182, 183 (2 nəfər), 229, 232, 240, 247, 272, 279, 316 nömrəli tam orta məktəblərin, 83 nömrəli məktəb-lisey, 220 nömrəli məktəb-lisey (4 nəfər), 291 nömrəli Ekologiya liseyinin şagirdləri qızıl, 17, 55, 76, 257, 275, Texniki-humanitar liseyin şagirdləri isə gümüş medalla təltif edilib.

Qeyd edək ki, namizədlər qızıl və gümüş nişana Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti