ASAN zamandan ASAN gələcəyə doğru

ASAN zamandan  ASAN gələcəyə doğru
  22 İyul 2023    Oxunub:1962
ASAN Xidmət haqqında qeydlərim
Vətəndaş məmnunluğu hər bir dövlətin qarşısında dayanan başlıca məqsəd və vəzifələrdən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlətçilik strategiyasında dövlət və vətəndaş münasibətlərinin qarşılıqlı həlləri, insan kapitalı mühüm yer tutur. Azərbaycan Xalqının Ümumilli Lideri Heydər Əliyev dövlət və vətəndaş münasibətlərində yeni, müasir dünya standartlarına uyğun olan strateji xətt müəyyənləşdirdi. Prezident İlham Əliyev bu strateji xəttin konkret layihələrlə həyata keçirilməsi, bu istiqamətdə dünya təcrübəsindən faydalanmağı təmin etmiş oldu. Amma tam səmimi deməliyəm ki, bu strategiya hətta dünyanın bir sıra aparıcı dövlətlərinin təcrübəsini belə qabaqlamış oldu. Belə təcrübələrdən biri və ən vacibi ASAN Xidmət modeli oldu. 2012-ci ilin iyun ayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılan ASAN Xidmət ("Azerbaijan Service and Assessment Network") Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tabedir. Xidmət bu gün vətəndaş məmnunluğunun ən xırda məqamlarını özündə kompleks məsələləri özündə birləşdirir. Təsəvvür edin, vətəndaş sadə bir məsələnin həlli üçün əvvəllər bir neçə əlaqəli dövlət qurumunun qapısını döyməli olur, saatlarla gözləyir (hətta bəzən növbəlilik prinsipinə belə əməl olunmurdu) və sonda həmin qurum vətəndaşı filan sənədin çatışmazlığı səbəbindən başqa bir quruma yönləndirirdi. Bu isə vətəndaşa ən başlıcası vaxt itkisi qazandırırdı. Üstəlik səhlənkarlıq, bəzən xırda məmuların ən xırda sənədi aylarla gecikdirməyə cəhd etməsi. Prezident İlham Əliyev yeni çevik və analoqu olmayan mexanizmin yaradılmasının vacibliyini vurğulayır. Bu isə artıq dövlət başçısının hökumət qarşısında bilavasitə tapşırığı idi. Əlbəttə müxtəlif xidmətlər göstərən müxtəlif dövlət qurumlarını bir yerə toplamaq heç də ASAN məsələ deyildi. Amma bütün çətinliklərə baxmayaraq, Azərbaycan Prezidenti təkcə Azərbaycan üçün deyil, eləcə də bütün dünyaya unikal model təqdim etdi. Bütün xidmətlər bir məkanda, eyni zamanda təmin edilməyə başladı.


ASAN Xidmət mərkəzlərinə daxil olarkən iş personalının münasibəti diqqətimizi cəlb etməyə bilməz. Gülərüz və diqqətli işçi heyəti, eləcə də könüllülər xidmətin, yaxud xidmətlərin qısa bir zamanda göstərilməsi üçün bütün imkanlarını səfərbər edirlər. Ən xırda nüans belə diqqətdən kənarda qalmır. Xidmət mərkəzlərində yaradılan şərait növbə gözləyən vətəndaşlar üçün faydalı zaman əmsalı kimi qiymətləndirməlidir. Yəni ən xırda nüans dedikdə eləcə də bu faktor nəzərə alınmalıdır. Xidmət üçün növbə çatanda isə, dövlət qurumlarını təmsil edən əməkdaşlar müvafiq prosedur və sənədlərin ən qısa zamanda həlli üçün çeviklik və peşəkarlıq nümayiş etdirirlər. Xidmət icra edildikdən sonra sənədin hansı tarixdə hazır olacağı ilə bağlı dəqiq məlumat təqdim olunur. Hətta müasir texnologiyalardan faydalanaraq bir neçə gün öncə sənədin götürüləcəyi saatı belə müəyyənləşdirmək mümkündür. Xidmət mərkəzlərindən ayrılanda isə ASAN könüllülərini təmsil edən gənc oğlan və qızlar nəzakətlə “Xidmətən razı qaldınızmı?”, “Hansı xidmətdən istifadə etdiniz?” suallarını ünvanlayırlar. Yenə deyirəm, ən xırda detal belə ASAN Xidmət modelindən yayınmayıb. Əlbəttə məmnunluq səviyyəsi bəlkə də bu gənc və yeniyetmələrin gülərüz tərzdə ünvanladığı sualın cavabından o qədərə yüksəkdir ki, onu sözlə belə ifadə etmək mümkün deyil. Çünki insanın ən böyük qazancı zamandır. ASAN hər bir Azərbaycan vətəndaşının zamanının düzgün bölüşdürülməsi, ondan daha faydalı və əlverişli istifadə istifadə edilməsinə yönəlib. Diqqətlilik, operativlik, peşəkarlıq və qısa zamanda yüksək nəticə. Zamanımızın qədrini bilənlər, daha dəqiq ifadə etsəm, həyatımızı ASANlaşdıranların əsas prinsipləri bunlardır. ASAN bütün nəsillərin eyni məkanda toplaşdığı innovativ düşüncələrin informasiya mübadiləsi məkanı, hər yeniliyi ilə gələcəyə, 21-ci əsrin insanın mükəmməlliyinə yönəlmiş unikal həllərə malik beyin mərkəzidir.

Azərbaycan Respublikasının Prezident İlham Əliyev dövlət və vətəndaş münasibətlərinin əslində necə olması barədə dünyaya mükəmməl nümayiş etdirir. ASAN Vətəndaş amilinin əsl mahiyyətini özündən etiva etmək deməkdir. Bəşəri nöqteyi-nəzərdən yanaşsaq, ASAN dövrümüzün dünyaca mürəkkəb zaman təlatümlərində öz qaydaları olan mükəmməl dəyərlər sistemidir. Bu dəyərlər sisteminin məkanı Azərbaycan, müəllifi isə onun dünya şöhrətli lideri İlham Əliyevdir.

Turəxanım Qasımova
Azərbaycan Jurnalistlər Birliyinin üzvü




Teqlər: ASAN  





Xəbər lenti