Direktorların işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlanıb

Direktorların işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlanıb
  19 İyul 2023    Oxunub:1960
Direktorların işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb.
Elm və Təhsil Nazirliyinin Mətbuat Xidmətindən AzVision.az -a bildirilib ki, cari il iyulun 6-da keçirilən imtahanların nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Qeyd edək ki, müsabiqə üzrə imtahanda 1 524 nəfər iştirak edib. Test imtahanında sualların 50 faizini düzgün cavablandıran 716 namizəd esse mərhələsində iştirak hüququ qazanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti