Kosmik texnologiyada yeni inqilab yetişir: Termonüvə raket mühərriki

   Kosmik texnologiyada yeni inqilab yetişir: Termonüvə raket mühərriki
  20 İyul 2023    Oxunub:4610
Böyük Britaniyanın “Pulsar Fusion” şirkəti dünyanın ən böyük termonüvə raket mühərrikinin tikintisinə başlayıb.
AzVision.az xəbər verir ki, layihə gələcəkdə kosmik uçuşların vaxtını əhəmiyyətli dərəcədə azaldacaq. Nüvə sintezi texnologiyası həm sürət, həm də yanacaq istifadəsi baxımından kosmik uçuşlarda inqilab edə bilər.

Enerji mənbəyi Marsa səyahət müddətini yarıya endirəcək. Saturna və onun peyklərinə səkkiz il əvəzinə iki ilə çatmaq mümkün olacaq.

Ümumi uzunluğu 8 metr olan mühərrikin işə salınması 2027-ci ilə planlaşdırılır. Amma bundan əvvəl şirkət bir çox çətinliklərin öhdəsindən gəlməli olacaq. Nüvə sintezi qurğusunun mərkəzində elektromaqnit sahəsində qapalı fövqəlisti plazma yerləşir. Alimlər bu mexanizmin dayanıqlı və təhlükəsiz işini təmin etməyin yolunu tapmalıdırlar.

“Pulsar Fusion” şirkətinin maliyyə direktoru Ceyms Lambert bildirib ki, çətinlik fövqəlisti plazmanın elektromaqnit sahəsində necə tutulacağını və məhdudlaşdırılacağını öyrənməkdədir. Plazmanın dinamikasını ənəvi metodlardan istifadə etməklə proqnozlaşdırmaq olduqca çətindir.

Texnologiyanın istifadəsində gizlənən riskləri önləmək üçün şirkət “Princeton Satellite Systems” ilə tərəfdaşlıq müqaviləsi bağlayıb. Superkompüterin tətbiqi ilə əldə edilən məlumatlar plazmanı daha dəqiq idarə etməyə və proqnozlaşdırmağa kömək edəcək.

Alimlər buna nail olsalar, mühərrikdəki temperatur bir neçə yüz milyon dərəcəyə çatacaq. Bu, Günəşin səthindən daha istidir. Alınan enerji raketin 800.000 km/saatdan (222 km/saniyə) çox sürətə çatmasına kömək etməlidir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti