Məktəblilərimiz IPHO-da 1 bürünc, 2 gümüş medal qazanıb

Məktəblilərimiz IPHO-da 1 bürünc, 2 gümüş medal qazanıb
  17 İyul 2023    Oxunub:1455
10-17 iyul tarixlərində Yaponiyanın Tokio şəhərində keçirilən Beynəlxalq Fizika Olimpiadasında (IPHO) məktəblilərimiz uğurla çıxış ediblər. Belə ki, komandamız 1 gümüş, 3 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıb.
Bu barədə AzVision.az -a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Olimpiadada Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdləri Sadiq Sadıxzadə gümüş, Murad Abdulkərim bürünc, Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin XI sinif şagirdləri Nicat Abbasov və Uğur Əzim bürünc medala, Quba şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Murad İsmayılov həvəsləndirici mükafata layiq görülüblər.

AzVision.az


Teqlər:





Xəbər lenti