Şəmkirdə bıçaqlanan 60 yaşlı kişi öldü

   Şəmkirdə bıçaqlanan 60 yaşlı kişi öldü
  17 İyul 2023    Oxunub:874
Şəmkirdə bıçaq xəsarəti alan şəxs xəstəxanada ölüb.
Bu barədə AzVision.az -a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib. Məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə rayonun İrmaşlı kənd sakini, 1963-cü il təvəllüdlü Fikrət Bağırovun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi müdaxilələrə baxmayaraq, bu gün səhər saatlarında ölməsi barədə məlumat daxil olub.

Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti