Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırıldı - Fotolar

Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırıldı -    Fotolar
  15 İyul 2023    Oxunub:1499
“Şagirdlərimizin bilik və bacarıqlarının inkişafı milli sərvətimizdir. Yaxın gələcəkdə olimpiada qalibi olan məktəblilər Azərbaycanın ən yaxşı kadrları olacaqlar".
AzVision.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev iyulun 14-də keçirilən respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində səsləndirib.

Nazir olimpiadaların təşkil edildiyi ilk illərdə müsabiqələrə çox az sayda məktəblinin qatıldığını, lakin son dövrlərdə bu prosesin artıq olimpiada hərəkatına çevrildiyini bildirib. Olimpiada qaliblərinin dünyanın nüfuzlu universitetlərinə qəbulunu müsabiqələrin uğuru kimi qiymətləndirən elm və təhsil naziri onların qəbul imtahanları göstəricilərinin yüksək olduğunu vurğulayıb.

E. Əmrullayev çıxışının sonunda qalibləri və onların valideynlərini təbrik edib, şagirdlərə yeni nailiyyətlər arzulayıb.
Mərasimdə respublika fənn olimpiadalarında ən yüksək nəticə göstərmiş 9 qızıl medalçıya – “Birincilərin birincisi”nə, ümumilikdə olimpiada qaliblərinə diplom və mükafatlar təqdim olunub.

Bildirilib ki, 8 fənn üzrə təşkil edilən olimpiadalarda 84 qızıl, 166 gümüş, 248 bürünc olmaqla ümumilikdə 498 medal qazanılıb. Qaliblər respublika üzrə 209 ümumi təhsil müəssisəsində təhsil alan şagirdlərdir.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti