Sanitariya-gigiyena qaydalarını pozan 6 vəzifəli və fiziki şəxs cərimələnib

Sanitariya-gigiyena qaydalarını pozan 6 vəzifəli və fiziki şəxs cərimələnib
  15 İyul 2023    Oxunub:1352
Sumqayıtda sanitariya-gigiyena qaydalarını pozan 6 vəzifəli və fiziki şəxs cərimələnib.
Bu barədə AzVision.az -a DİN-in Mətbuat xidmətindən bildirilib.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə şəhər ərazisində həyata keçirdikləri tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

Ərazinin zibillənməsi halları ilə bağlı keçirilən tədbirlərlə 6 nəfər vəzifəli və fiziki şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbini pozduğuna görə barələrində inzibati qaydada protokol tərtib olunub.

Bu istiqamətdə Sumqayıt şəhərində tədbirlər davam etdirilir.
AzVision.az


Teqlər: Cərimə  





Xəbər lenti