Yük avtomobilinin qoşqusu aşaraq “Prius”u əzib

Yük avtomobilinin qoşqusu aşaraq “Prius”u əzib
  14 İyul 2023    Oxunub:927
Abşeron rayonunun Masazır qəsəbəsində yol qəzası baş verib.
Rayon Polis İdarəsindən AzVision.az -a bildirilib ki, yol-nəqliyyat hadisəsi gecə saatlarında Masazır dairəsində qeydə alınıb. MAN markalı yük avtomobilinin sürücüsü idarəetməni itirərək maşının qoşqusunu aşırıb. Həmin vaxt paralel hərəkətdə olan “Toyota” markalı taksi avtomobili qoşqunun altında qalıb.

Xəsarət alan “Toyota”nın sürücüsü xəstəxanaya çatdırılıb. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti