Bu fənlər üzrə apellyasiya müraciətlərinə start verildi

Bu fənlər üzrə apellyasiya müraciətlərinə start verildi
  14 İyul 2023    Oxunub:1340
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin informatika, fizika və fransız dili fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə başlanılıb.
AzVision.az Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, imtahanlarda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin məzmunu ətraflı şəkildə qeyd olunmalıdır.

Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti