56 yaşlı futbolçu ilə müqavilə uzadıldı

   56 yaşlı    futbolçu ilə müqavilə uzadıldı
  11 İyul 2023    Oxunub:1248
Dünyanın ən yaşlı futbolçusu Kadzuesi Miura daha bir mövsüm futbol oynamağa davam edəcək.
AzVision.az xəbər verir ki, Portuqaliyanın 2-ci liqası "Oliveyrense"də çıxış edən 56 yaşlı yarımmüdafiəçi ilə müqavilə 2024-cü ilin yayına qədər uzadılıb. Bu barədə klubun Tvitter səhifəsi məlumat yayıb.

Qeyd edək yaponiyalı yarımmüdafiəçi bu ilin fevral ayında "Oliveyrense"yə keçib. O, ilk peşəkar oyununa 1982-ci ildə çıxıb.

AzVision.az



Teqlər:





Xəbər lenti