İlin sonunadək Qarabağ və Şərqi Zəngəzura 12 milyard manat xərclənəcək

   İlin sonunadək Qarabağ və Şərqi Zəngəzura    12 milyard manat xərclənəcək
  11 İyul 2023    Oxunub:1233
"Azad edilmiş bölgələrdə biz hər şeyi planlı şəkildə edirik və ən yüksək standartlar orada tətbiq edilir".
AzVision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə deyib.

“Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura biz təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsini təmin edəcəyik”, - deyən dövlət başçısı əlavə edib ki, iki məktəb istisna olmaqla, bütün qalan infrastruktur, inşaat işləri Azərbaycan büdcəsi hesabına həyata keçirilir və Azərbaycan dövlət şirkətləri tərəfindən reallaşdırılır.

AzVision.az



Teqlər: Qarabağ  





Xəbər lenti