Prezident: "Laçının gələcək inkişaf planı ilə bağlı əlavə addımlar atılacaq"

      Prezident:    "Laçının gələcək inkişaf planı ilə bağlı əlavə addımlar atılacaq"
  11 İyul 2023    Oxunub:1523
"Mən Laçın şəhərinin timsalında bunu deyə bilərəm ki, cəmi səkkiz ay ərzində şəhərin böyük hissəsi tamamilə bərpa edilib və yeddi yüzdən çox ailə üçün burada həm fərdi evlər, həm çoxmənzilli evlər hazırlanır".
AzVision.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səsləndirib.

“Laçın şəhərinin gələcək inkişaf planı ilə bağlı əlavə addımlar da atılacaq. Biz bu sahədə görüləcək işləri daim diqqət mərkəzində saxlamalıyıq. Mənim gündəlik fəaliyyətimdə bu məsələ bu gün birinci yerdə dayanan məsələdir və biz daim bütün işlərə nəzarət edirik”, - deyə dövlət başçısı vurğulayıb.

AzVision.az



Teqlər: Laçın  





Xəbər lenti