Neymar 4 aydan sonra məşqlərə qayıtdı

Neymar 4 aydan sonra məşqlərə qayıtdı
  11 İyul 2023    Oxunub:1145
PSJ-nin futbolçusu Neymar zədəsini sağaldıb.
AzVision.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, braziliyalı hücumçu dünən komanda ilə məşqlərə başlayıb.

31 yaşlı futbolçu 4 aydan sonra ilk dəfə qrup məşqində iştirak edib. Martda topuq bağının zədələnməsinə görə əməliyyat olunub.

Qeyd edək ki, Neymarın PSJ ilə müqaviləsi 2025-ci ilin iyununa qədər qüvvədədir.

AzVision.az


Teqlər:





Xəbər lenti