Nabrana gedərkən qəzada ölənlər “Legion” klubunun üzvləri imiş - Fotolar

 Nabrana gedərkən qəzada ölənlər “Legion” klubunun üzvləri imiş -  Fotolar
  09 İyul 2023    Oxunub:2183
Bu gün Bakı-Quba yolunda 3 nəfərin ölümü ilə nəticələnən qəza barədə bəzi faktlar üzə çıxıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzaya uğrayan “Mercedes Vito” markalı avtomobildə olan şəxslər keçmiş hərbçilər, “Legion” Hərbi-Vətənpərvərlik Klubunun üzvləri imiş.

Onlar Bakıdan Nabrana istirahətə gedərkən Kamil Talışınskinin idarə etdiyi avtomobil aşıb.

Qeyd edək ki, dünyasını dəyişən keçmiş hərbçilərdən İham Əliyev Birinci Qarabağ müharibəsində də iştirak edibmiş. Onlar həm də Vətən müharibəsi iştirakçısı olub.

Xatırladaq ki, qəza nəticəsində sürücü 1980-ci il təvəllüdlü Kamil Talışinski, 1999-cu il təvəllüdlü Əli Səfərov müxtəlif bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 2006-cı il təvəllüdlü İsbat Səlimov, 1966-cı il təvəllüdlü İlham Əliyev və 1979-cu il təvəllüdlü Məhərrəm Həsənov isə vəfat edib.

Qəzada ağır yaralanan sürücünün və vəfat etmiş Məhərrəm Həsənovla İlham Əliyevin fotolarını təqdim edirik:








***
Bakı-Quba yolunda üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzVision.az xəbər verir ki, Şabran rayonu ərazisində minik avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü - 1980-ci il təvəllüdlü Kamil Talışinski və 1999-cu il təvəllüdlü Əli Səfərov müxtəlif bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəza nəticəsində üç nəfər - 2006-cı il təvəllüdlü İsbat Səlimov, 1966-cı il təvəllüdlü Əliyev İlham Dağbəyi oğlu və 1979-cu il təvəllüdlü Məhərrəm Həsənov ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: yolqəzası  





Xəbər lenti