Bu il istehlakçı hüquqlarının pozulmasına dair 3 mindən çox şikayət daxil olub

   Bu il istehlakçı hüquqlarının pozulmasına dair 3 mindən çox şikayət daxil olub
  07 İyul 2023    Oxunub:1757
2023-cü ilin 6 ayında istehlakçı hüquqlarının müdafəsi ilə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinə ümumilikdə 2701 müraciət daxil olub.
AzVision.az xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Roman Qaraşov deyib. Onun sözlərinə görə, keçən ildən qalıq qalan 475 müraciət (istehlakçı hüququ ilə bağlı) də nəzərə alınmaqla, hesabat dövrūndə ümumilikde 3176 müraciətə baxılıb:

"Baxılmış müraciətlərdən 1187-si təmin olunub, 1371-i üzrə qanuna müvafiq izahat ve tövsiyə verilib, 160-ı baxılması üçün aidiyyəti orqanlara göndərilib, 10-u baxılması üçün aidiyyəti üzrə müraciət etməsi tövsiyə olunub. Şikayətlərdən 22-si üzrə zəruri sənədlər təqdim edilmədiyindən baxılması dayandırılmış 426 müraciət üzrə hazırda araşdırmalar davam edir. Hesabat dövründə təmin olunmuș müraciətlər üzrə 186,010.82 manat vəsait istehlakçılara qaytarılıb, 34,687.50 manat dəyərində dəymiş ziyan ödənilib".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti