Magistr olmaq istəyən 1670 nəfər 0-30 bal toplayıb

 Magistr olmaq istəyən 1670 nəfər 0-30 bal toplayıb
  07 İyul 2023    Oxunub:1752
Məlum olduğu kimi, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanları iki dəfə - fevralın 19-da və iyunun 11-də keçirilib.
Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, 2023-cü ildə keçirilən imtahanlarda, ümumilikdə 24118 bakalavr iştirak edib. Ötən il müvafiq göstərici 20823 nəfər idi. Bu il bakalavrların yarısının imtahanlarda topladığı bal 53-dən yüksək (median 53.98) olub. Ötən il isə bu göstərici 51 baldan aşağı (median 50.75) olub. Ümumiyyətlə, son illərdə imtahan iştirakçılarının nəticələrinin yaxşılaşdığını qeyd edə bilərik. 2014-2016-cı illərdə 50 baldan yuxarı nəticə göstərənlər imtahanda iştirak edənlərin təxminən 25-32%-ni təşkil ediblər.

Bu il 90 va daha yuxarı bal toplayanların sayı 162 nəfər, 80 və daha yuxarı bal toplayanların sayı 1123 nəfər, 70 və daha yuxarı bal toplayanların sayı 4012 nəfər olub. Ötən il analoji göstəricilər 74, 591 və 2240 nəfər olub. Göründüyü kimi bu il yüksək bal toplayanların sayı kifayət qədər çoxdur.

Xatırladaq ki, imtahanda toplanılan bilən maksimum bal 100-ə bərabərdir. İmtahanda bakalavrlara məntiqi təfəkkür üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunub.

Aşağıdakı cədvəllərdə bakalavrların 2023 və 2022-ci illərdə keçirilən imtahanlarda topladıqları ballar üzrə histoqramlarla tanış ola bilərsiniz.

Magistratura - 2023

Bakalavrların sayı : 24118

Ballar üzrə histoqram




Magistratura - 2022

Bakalavrların sayı : 20823

Ballar üzrə histoqram




AzVision.az


Teqlər:





Xəbər lenti