I qrup əlili maşın vurub öldürdü

 I qrup əlili maşın vurub öldürdü
  07 İyul 2023    Oxunub:1144
Daxili İşlər Nazirliyi Bərdədə ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan AzVision.az -a verilən məlumata görə, iyulun 6-da saat 22 radələrində Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonunun ərazisindən keçən hissəsində sürücü - 1987-ci il təvəllüdlü, Bərdə rayon sakini Sadiq Sadıqov "VAZ-2107" markalı avtomobillə əlil arabası ilə hərəkətdə olan 1951-ci il təvəllüdlü, Yevlax rayon sakini, I qrup əlil Hüseyn Əsgərovu vurub.

Nəticədə H.Əsgərov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü keçirilmiş tədbirlər nəticəsində polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti