Rusiyadan gətirilən günəbaxan tumu yararsız çıxdı

Rusiyadan gətirilən günəbaxan tumu yararsız çıxdı
  07 İyul 2023    Oxunub:1036
Rusiyadan Azərbaycana gətirilən günəbaxan tumunun yararsız olduğu aşkarlanıb.
Bu barədə AzVision.az -a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, idxalatçı şirkət “Seyfi 22” MMC-nin Rusiyadan idxal etdiyi “Darkuş Aqro” MMC-nin istehsalı olan 20 ton günəbaxan tumu məhsulunda Agentlik əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinələri nəticəsində Aflatoksin B1 aşkar edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb. "Həmçinin istehsalçının respublikamıza həmin məhsulunun idxalına müvəqqəti qadağa qoyulub və ixracatçı ölkənin aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib", - məlumatda qeyd edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti