Meksikada avtobus qəzasında 29 nəfər öldü

Meksikada avtobus qəzasında 29 nəfər öldü
  06 İyul 2023    Oxunub:881
Meksikanın Oaxaka ştatında avtobusun dərəyə düşməsi nəticəsində azı 29 nəfər ölüb.
Bu barədə ştatın Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, 19 nəfər xəstəxanalarda müalicəsini davam etdirir.

“El Universal” qəzetinin məlumatına görə, avtobus 20 metr hündürlükdən düşüb. İlkin məlumatlara görə, sürücü əyləcin nasazlığı səbəbindən idarəetməni itirib.

AzVision.az


Teqlər:





Xəbər lenti