Göyçayda qonşusunu öldürən şəxs tutulub

Göyçayda qonşusunu öldürən şəxs tutulub
  05 İyul 2023    Oxunub:1253
İyulun 5-də saat 12 radələrində Göyçay rayonunda 1989-cu il təvəllüdlü Kərimov Şahmar Rəşid oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Əliyev Abbas Yasin oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Onlar qonşu olublar. Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti