Direktor və müavinləri sertifikatlaşmada iştirak edəcək ?

   Direktor və müavinləri sertifikatlaşmada iştirak edəcək ?
  05 İyul 2023    Oxunub:1547
"Direktor və onların müavinlərinin sertifikatlaşmada iştirakı nəzərdə tutulmur".
AzVision.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib. O bildirib ki, bu barədə mövcud qaydalarda da qeyd edilib:

Məktəb direktoru təyin olunan şəxslərin sayı
"Bizim üçün prioritet məsələ növbəti illərdə 140 minə yaxın müəllimin sertifikatlaşmadan keçməsidir. Yalnız bundan sonra direktor və direktor müavinlərinin sertifikatlaşma məsələsinə baxmaq olar".

E.Bağırov deyib ki, bu il növbəti sertifikatlaşma imtahanı olmayacaq:

"Sertifikatlaşma imtahanı ildə bir dəfə keçirilir və bu haqda ilin əvvəlində məlumat veriləcək".

Aytən Zəhra
AzVision.az


Teqlər:   İmtahan  





Xəbər lenti