Mobil telefon beyində xərçəng yaradır? – Alimlərdən son açıqlama

   Mobil telefon beyində xərçəng yaradır? –    Alimlərdən son açıqlama
  04 İyul 2023    Oxunub:1391
Oksford Universitetinin (Böyük Britaniya) və Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) alimləri mobil telefonlarda xərçəng təhlükəsi barədə son açıqlama veriblər.
Onların gəldiyi qənaətə görə, bu cihazların istifadəsi xərçəng riskini artırmır.

AzVision.az xəbər verir ki, insan mobil telefonla danışarkən, cihazın buraxdığı radiodalğalar beyinə bir neçə santimetr nüfuz edir, bu zaman ən çox temporal və parietal hissələri təsirlənir.
Bu hal cib telefonu istifadəçilərinin beyin xərçəngi riskinin artması ilə bağlı narahatlıqları artırır. Son illərdə bu narahatlığın artması 5G şəbəkələrinin yayılması ilə əlaqələndirilir. Bununla belə, tədqiqatlar bu mövzuda ziddiyyətli nəticələr göstərir.


Bu məsələyə aydınlıq gətirmək üçün yeni tədqiqatın müəllifləri 1935-1950-ci illər arasında Böyük Britaniyada doğulmuş 776 mindən çox qadın haqqında tibbi məlumatları təhlil ediblər.


2001-ci ildə bu qadınlardan mobil telefondan istifadələri ilə bağlı sorğu aparılıb. Daha sonra sorğu 2011-ci ildə bir daha təkrarlanıb. 14 illik müşahidə zamanı iştirakçılar arasında 3200 nəfərdə beyin xərçəngi qeydə alınıb.


Toplanmış məlumatların təhlili göstərdi ki, müntəzəm olaraq, mobil telefondan istifadə edənlərlə bu cihazdan heç vaxt istifadə etməyənlər arasında bədxassəli beyin şişinin inkişaf riski təxminən eyni səviyyədədir.

Bu temporal və parietal loblara təsir edən xərçəngə də aiddir

Bu xərçəng növlərindən hər hansı birinin inkişaf ehtimalı nə hər gün telefonla danışanlarda, nə həftədə 20 dəqiqə istifadə edənlərdə, nə də cihazdan müntəzəm olaraq on ildən çox istifadə edənlərdə artmayıb.

İnsanların telefonu daha çox sol qulağa deyil, sağa tutmalarına baxmayaraq, cib telefonu istifadəçiləri beynin sağ və sol yarımkürəsində şişlərin tezliyini də eyni aşkarlayıblar.

Buna görə də alimlər belə qənaətə gətirib ki, normal şəraitdə cib telefonlarından istifadə beyin xərçəngi riskini artırmır.

Tədqiqatın müəllifləri telefonla çox danışmağa öyrəşmiş insanlara beyinə radiasiya məruz qalma səviyyəsini azaltmaq üçün daha tez-tez səssiz qulaqlıqdan istifadə etməyi tövsiyə edirlər.(medicina.az)



Teqlər:





Xəbər lenti