Bakıda beşmərtəbəli binada mənzil yanıb

Bakıda beşmərtəbəli binada mənzil yanıb
  03 İyul 2023    Oxunub:1045
Bakıda yaşayış binasında baş vermiş yanğın söndürülüb.
Bu barədə AzVision.aza Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə paytaxtın Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti