Ötən ay 39 nəfərə elmi dərəcə verilmədi

Ötən ay 39 nəfərə elmi dərəcə verilmədi
  03 İyul 2023    Oxunub:1264
İyun ayında elmi dərəcə və elmi ad verilmiş, yaxud verilməsindən imtina edilmiş iddiaçıların sayı açıqlanıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından AzVision.az -a bildirilib ki, ötən ay 77 nəfərə fəlsəfə doktoru, 11 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 32 nəfərə, elmlər doktoru dərəcəsi almaq istəyən 7 nəfərə imtina cavabı gəlib.

İyun ayı ərzində 16 nəfərə dosent, 3 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 12 nəfərə imtina verilib.

Nostrifikasiya və təkrar attestasiyadan keçən 3 nəfərə fəlsəfə doktoru, 1 nəfərə professor adı verilib, fəlsəfə doktoru adı almaq istəyən 1 nəfərə isə imtina verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti