Nazir: "Braziliya idman növlərinin Azərbaycanda inkişafından məmnunuq"

   Nazir:    "Braziliya idman növlərinin Azərbaycanda inkişafından məmnunuq"
  28 İyun 2023    Oxunub:1481
Bugünlərdə ölkəmizdə 150-dək ölkənin bədən tərbiyəsi və idman sahəsinin məsul qurumlarının rəhbərləri və nazirlərinin iştirakı ilə MINEPS VII konfransı keçirilir. Tədbirlər çərçivəsində Braziliya Federativ Respublikasının İdman Naziri Ana Moser də Azərbaycandadır.
Ötən gün xanım Nazir Ana Moser, Braziliya Federativ Respublikasının ölkəmizdəki səlahiyyətli səfiri Manuel Montenegro və Azərbaycan Braziliya Ciu-citsu Federasiyasının prezidenti Aqil Acalov arasında görüş olub. Görüş zamanı Aqil Acalov ölkədə idmanın mövcud dinamikasından, Prezident İlham Əliyevin və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin idmana qayğısından, uğurlu inkişaf strategiyasından irəli gələn davamlı inkişaf yolundan və perspektivlərindən söz açıb.

Həmçinin cənab səfir Manuel Montenegronun sözügedən Braziliya döyüş sənətinin ölkəmizdə inkişafına daim dəstək göstərdiyini minnətdarlıqla bildirib. O qeyd edib ki, ölkədə uğurlu idman siyasətinin bütün idman sahələri kimi Braziliya Ciu-citsu döyüş sənətinin inkişafına da müsbət təsirləri var.

Bundan əlavə federasiya prezidenti hər iki rəsmiyə Azərbaycan Braziliya Ciu-citsu Federasiyasının inkişaf strategiyaları, görülən işlər, təşkil edilən tədbirlər barədə məlumat vermişdir.

Xanım nazir Ana Moser Braziliya idman növlərinin Azərbaycanda inkişafından və bu döyüş növünə olan maraqdan dolayı məmnunluğunu və dinamik inkişafı dəstəklədiyini bildirmişdir.

AzVision.az

Qalereya




Teqlər: Səfir   Nazir   Cui-Citsu  





Xəbər lenti