İnsultun bir neçə həftə öncə görünən əlamətləri

İnsultun bir neçə həftə öncə görünən əlamətləri
  28 İyun 2023    Oxunub:1867
Elə simptomlar var ki, bəzən bir neçə həftə öncə xəstəliyin baş verəcəyini xəbərdar edir. Bir çox insult hallarının simptomları beyin infarktının özündən çox əvvəl görünür
Həkim – nevroloq Aleksandra Alexinanın sözlərinə görə, onlar insultdan bir neçə gün və ya həftə əvvəl görünür, lakin bir neçə dəqiqədən sonra yenidən yox olurlar.

Buna görə də ürək-damar xəstəlikləri olan xəstələrə bu beş simptoma xüsusi diqqət yetirməy lazımdır;

Bədənin bir tərəfində iflic əlamətləri, məsələn, qolun və ya ayağın iflici.
Üz simptomları: ağız künclərinin aşağı salınması və ya gülümsəməkdə çətinlik
Nitq pozğunluqları: qəfil nitq, söz tapmaqda çətinlik və ya səhv cümlə qurmaq
Ani şiddətli baş ağrısı
Korluğa və ya başgicəllənməyə qədər görmə pozğunluğu

Risk altında olan xəstələr də mütəmadi olaraq təzyiqlərini ölçməklə bunun qarşısını ala bilərlər.

Onları erkən tanısanız və qeyd olunan xəbərdarlıq əlamətlərinə diqqət yetirsəniz, insult riskinizi azalda bilərsiniz”.(medicina)


Teqlər:





Xəbər lenti